Şamaxıda palçıq vulkanı püskürən ərazidə son vəziyyət - FOTO

Şamaxıda palçıq vulkanı püskürən ərazidə son vəziyyət - FOTO


17:35     13 Fevral 2019 19_02_13_1550059841.jpg

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən ərazidə müşahidələr aparır.


Şöbənin aparıcı elmi işçisi Orxan Abbasov bildirib ki, vulkanların aktivləşməsinə bu ay ardıcıl baş verən zəlzələlər təsir edib: "Püskürmə nəticəsində təxminən 2 hektara yaxın əraziyə palçıq yayılıb. Bu vulkan indiyədək 14 dəfə püskürüb. Bu dəfəki püskürmə alovsuz olub və vulkanlar üçün xarakterik olan çatlar baş verməyib".

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Quşçu" vulkanında püskürmə qeydə alınıb. AMEA nəzdində RSXM-nin "Zəlzələlərin tədqiqatı" bürosunun məlumatına görə, püskürmə yerli vaxtla 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib.

Trend hadisə yerindən palçıq vulkanının fotolarını təqdim edir.

Femida.az

Açar sözlər:

Oxunub: 293