BDU-nun tələbəsi niyə öldürüldü? - Yeni məqam üzə çıxdı


16:22     13 Fevral 2019 19_02_13_1550060597.jpg

Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


Femida.az Publika-ya istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Rəşad Fətullayevin qız üstündə düşən mübahisə zəminində öldürüldüyü məlum olub.

Bildirilir ki, qış tətili ilə əlaqədar doğulduğu şəhərdə olan 18 yaşlı Rəşad sevdiyi qızı narahat edən 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu ilə söhbət edərək məsələni aydınlaşdırmaq istəyib. Bu zaman həmyaşıdlar arasında mübahisə yaranıb və əslən Sabirabad rayonundan olan və Şirvanda kirayə yaşayan Amil bıçaqla Rəşada ağır xəsarət yetirib. Universitet tələbəsi aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 642