Dağıstanda qanunsuz biznes quran azərbaycanlı axtarılır - Video


16:48     13 Fevral 2019 19_02_13_1550062111.jpg

Dağıstanın Kizlyar şəhərində anbarlardan birində antisanitar şəraitdə qeyri-qanuni olaraq saxlanılan min kiloqramdan çox quşçuluq məhsulları aşkarlanıb.


“Qafqazinfo”nun “rgvktv.ru”ya istinadən xəbərinə görə, İstehlakçı hüquqlarının qorunması üzrə Federal Xidmətin əməkdaşları anbara baxış zamanı məhsulları ələ keçiriblər.

Araşdırmalar zamanı anbarı Azərbaycan vətəndaşının kirayələdiyi, onun ölkə ərazisində qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub.

Həmin şəxsin kimliyi araşdırılır, ona qarşı cinayət işi açılacaq.


Açar sözlər:

Oxunub: 595