56 şəhər və rayonda əmək yarmarkası keçiriləcək
18:51 13 Fevral 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu il üçün ölkəmizin şəhər və rayonlarında əmək yarmarkalarının təşkili üçün yerli icra hakimiyyətləri və işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırlıq işlərinə başlanıb.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, yarmarkaların bu il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur.
Əmək yarmarkaları zamanı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaqlar.
Xidmət tərəfindən cari ildə 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılıb. Bu tədbirlər tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazandırır.
Oxunub: 448
Oxşar xəbərlər
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb
- Dünyada koronavirusa yoluxanların sayı 456 milyonu ötüb
- Bakıda parkdan 2 560 manatlıq fontan başlığı oğurlanıb
- Gürcüstanda daha 56 nəfər COVID-19-dan ölüb
- Rusyada virusdan ölənlərin sayı 256 mini ötüb
- Azərbaycanda daha 2 256 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- "56 min insan ödənişli ictimai işlərdə çalışır" - Nazir
- Azərbaycanda daha 1 356 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb
- Ötən gün 56 yanğına çağırış olub