Azərbaycan Türkiyədə hərbi dəniz təlimlərində iştirak edəcək


17:28     13 Fevral 2019 19_02_13_1550063712.jpg

Azərbaycan Türkiyə ilə birgə Egey dənizində keçiriləcək "Mavi Vatan" adlı hərbi təlimlərdə iştirak edəcək.


Femida.az xəbər verir ki, hərbi dəniz təlimlərində Bosniya və Herseqovina, Qətər, Almaniya, İtaliya kimi ölkələr də qatılacaq.

Ümumilikdə təlimlərdə 15 ölkədən 251 hərbi qulluqçu iştirak edəcək.

Hərbi təlimlərin vaxtı hələ açıqlanmayıb.

Açar sözlər:

Oxunub: 364