Bu yolda hərəkət məhdudlaşdırılacaq


19:27     13 Fevral 2019 19_02_13_1550071969.jpg

Bakının Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Avtonəqliyyat vasitələrinin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

“Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, deyə məlumatda deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 355