Goranboyda qadın piyadanı maşın vurub


22:22     13 Fevral 2019 big_1405422456_qeza.jpg

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, rayonun Qızılhacılı kənd sakini 1955-ci il təvəllüdlü Həsənova Nurdanə yolu keçmək istəyərkən "VAZ" markalı avtomobillə vurulub. Bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 392