Astarada "zek" silah və narkotiklə tutuldu


11:58     14 Fevral 2019 hebs.jpg

DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, "Makarov" markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 354