Şəhid polislərin vərəsələrinə 11 min manatın verilməsinə başlanılır
15:08 14 Fevral 2019
Yanvar və fevral aylarında 661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib.
Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu günə qədər ödəniş həyata keçirilən vərəsələrin sayı 5200-ə çatıb:
"Dünən komissiyanın iclasında daha 200 şəhidin 300 vərəsəsinə birdəfəlik ödənişin edilməsinə dair qərar qəbul edilib. İlin sonunadək 12 268 şəhidin bütün vərəsələrinə bu vəsaitin ödənilməsi təmin ediləcək".
S.Babayev qeyd edib ki, artıq Daxili İşlər Nazirliyi tərəfindən şəhid polislərin siyahısı göndərilib və onlar elektron sistemə daxil edilib. "Artıq onların da vərəsələri birdəfəlik ödəmə ilə bağlı müraciət edə bilərlər".
Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 461 şəhid polisin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Oxunub: 639
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"