Yolu keçən kişi "KamAZ"ın altında qaldı


15:48     14 Fevral 2019 piyada2.jpg

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, fevralın 13-də saat 20 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Şəki rayon sakini C.Məmmədov idarə etdiyi "KamAZ-55111" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 419