Azərbaycanlıların sıx yaşadığı rayonun sabiq rəhbəri saxlanıldı - Gürcüstanda


17:30     14 Fevral 2019 2019/02/14e887c9-9287-4d84-b629-f217270d882b_1550150625.jpg


Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisi rayonu administrasiyasının keçmiş rəhbəri Giorgi Arevadze saxlanılıb.


İlkin məlumatlara görə, o, vəzifədə olarkən müxtəlif cinayətlər törətməkdə ittiham olunur.

G.Arevadze 2004-2007-ci illərdə Bolnisi rayonu administrasiyasının rəhbəri vəzifəsini tutub.

Gürcüstanın Baş Prokurorluğu keçmiş dövlət məmurunun saxlanılmasını təsdiq etsə də, istintaqın hansı maddə üzrə aparıldığını hələlik açıqlamır.

G.Arevadzeyə qarşı bu gün ittihamın rəsmən irəli sürüləcəyi gözlənilir. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 510