Türkiyə vətəndaşı Balakəndə qəza törədib - Ölən var


18:20     14 Fevral 2019 Qeza2.jpg

Fevralın 13-də saat 17 radələrində Balakən şəhəri ərazisində Qaravəlli kənd sakini S.Alqayevin idarə etdiyi “Toyota” markalı və Türkiyə vətəndaşı B.Saminin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə S.Alqayev hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 362