Birinci vitse-prezident Gəncəyə gedib - FOTO


18:52     14 Fevral 2019 19_02_14_1550156023.jpg


Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.

Femida.az bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşdü.








Femida.az

Açar sözlər:

Oxunub: 524