Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı YENİ XƏBƏR


19:53     14 Fevral 2019 19_02_14_1550159704.jpg

Qubada Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində ekskavatorun operatoru Qasımov Vüqar Eyvaz oğlunun ölməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Femida.az-a Quba rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, fevralın 7-də Qubanın Vəlvələ kəndi ərazisində Vəlvələçayda aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində nəqliyyat vasitəsinin operatoru Qasımov Vüqar Eyvaz oğlu Vəlvələçaya düşərək boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda V.Qasımovun axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 506