Nazir tələbələrin təqaüdlərinin artırılmasından danışdı


10:37     15 Fevral 2019 19_02_15_1550212681.jpg


Prezident İlham Əliyevin təqaüdlərin artırılması barədə verdiyi son sərəncamlar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsil üçün çox vacib olan istiqamətin - tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamı növbəti aydan etibarən daha 16 min tələbənin akademik göstəricilərini yaxşılaşdırması üçün stimul yaradır.

Qeyd edək ki, son sərəncamlarla ümumilikdə təhsilin müxtəlif pillələrində təhsil alanların təqaüdləri minimum 14 faizdən 25 faizdək artırılıb.

Bu sərəncamın təxminən 110 min tələbəyə şamil olunduğunu deyən nazir bildirib ki, martın 1-dən hazırda təqaüd alan tələbələrdən başqa, 16 min tələbə də təqaüd almaq imkanı əldə edəcək:

"Bu isə təqaüd alan tələbələrin sayının 30 faiz artması deməkdir. Eyni zamanda, 2019-2020-ci tədris ilindən başlayaraq, 45 faizdən az olmayaraq, 2020-2021-ci tədris ilindən etibarən təqaüd alan tələbələrin sayının 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək".

Femida.az

Açar sözlər: #təhsil   #tələbə   #təqaüd  

Oxunub: 359