Rusiyada İŞİD üçün 1 milyon toplayan qadın saxlanılıb


12:01     15 Fevral 2019 19_02_15_1550217773.jpg

Rusiya Xüsusi Xidmət orqanları Astraxan şəhərində əməliyyat keçirərək İŞİD terror qruplaşmasına yardım toplayan qadını saxlayıblar.


“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan qadın “Telegram” tətbiqi vasitəsilə Astraxan, Moskva və Tomsk şəhərlərindən ianə yığıb. O, bu üsulla qruplaşma üçün 1 milyon rubl (təxminən 26 min AZN) toplaya bilib.

Qadının evində axtarış aparan əməliyyatçılar mənzildən ekstremizmi təbliğ edən kitablar, ödəmə kartları, bank hesablarını idarə etmək üçün istifadə edilən telefonlar tapıblar. Bundan başqa, şübhəli Suriyaya gedərək orada terror aktı törətməyı planlaşdırıb.

Açar sözlər:

Oxunub: 411