80 yaşlı qadın evində saxladığı kirayəşini doğrayıb yedi


13:17     15 Fevral 2019 2019/02/1_1_67_1550222283.jpg

Rusiyada dəhşətli hadisə baş verib.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Xabarovsk vilayətində 80 yaşlı təqaüdçü qadın evində insanları doğrayıb yeyərkən yaxalanıb. Yerli KİV-lərin yaydığı məlumata görə, 80 yaşlı qadın onun evində kirayə yaşayan Ukrayna vətəndaşı Vasiliy Şlyaxtiçini yatdığı otaqda balta ilə doğrayıb.Polisin keçirdiyi əməliyyat zamanı evdə qan izləri aşkar edilib. Qətlə yetirilən şəxsin daxili orqanları soyuducudan tapılıb. Sümükləri isə yaxınlıqdakı zibil yeşiyinə atıldığı müəyyən edilib. Hətta qadın hadisə yerinə gələn 5 nəfər polis əməkdaşlarına da hücum edib.

Qonşuların polisə verdiyi ifadəyə görə, qadının evindən gecə saatlarında qəssab baltasının çıxardığı səsə oxşar səslər eşidiblər.

Polis evə keçirdiyi baxış zamanı bir neçə il bundan əvvəl itkin düşmüş bir qadının pasportunu da aşkar edib. 80 yaşlı qadının qurbanlarının sayının artacağı ehtimal olunur. Məlumatda qeyd olunub ki, saxlanılan qadın uzun müddət donuz fermasında ət kəsimi ilə məşğul olub.


Miri Məcidli
Femida.az

Açar sözlər: #qətl   #Rusiya   #kriminal  

Oxunub: 2092