Sevdiyi qızı başından güllələyənin məhkəməsi başlayır


13:22     15 Fevral 2019 19_02_15_1550222687.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində elçi göndərdiyi qızı öldürməkdə, anasını isə öldürməyə cəhd etməkdə təqsirləndirilən 1999-ci il təvəllüdlü Sabir Qədimovun məhkəməsi başlayıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses fevralın 25-də davam etdiriləcək.

İttihama görə, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

Sabir Qədimovun ailəsi 17 yaşlı Aytən Cəfərovaya elçi düşüb, ilk olaraq razılıq verilsə də, sonradan münasibətlər pozulub. S.Qədimov evdən babasının tüfəngini götürərək sözlüsünün yaşadığı evə gedib. Orada Aytəni başından güllələyib, ona mane olmaq istəyən Aytənin anası 58 yaşlı Esmira Cəfərovanı da çiynindən və ayağından yaralayıb. A.Cəfərova vəfat edib, E.Cəfərovanın həyatını xilas etmək mümkün olub.

Açar sözlər:

Oxunub: 392