Tələbə təqaüdlərinin artımı üçün 25 milyon ayrılacaq


14:17     15 Fevral 2019 2019/02/telebe_teleb_1550218282.jpg


Tələbələrə verilən təqaüdlərin artırılması nəticəsində ilkin hesablamalara əsasən, dövlət büdcəsindən təxminən 25 milyon manat əlavə vəsait ayrılacaq.


Femida.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, müvafiq sərəncamlar Təhsil Nazirliyinin, digər dövlət qurumlarının tabeliyində olan, eyni zamanda özəl ali təhsil müəssisələrində oxuyan və akademik göstəriciləri müvafiq normalara uyğun olan tələbələrə də şamil edilir.

Femida.az

Açar sözlər: tələbə  

Oxunub: 568