AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ


15:29     15 Fevral 2019 2018/12/aqta-q_1544163547.jpg


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

Femida.az xəbər verir ki, agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 424