İdmançı Putinin barmağını əzdi - VİDEO

İdmançı Putinin barmağını əzdi - VİDEO


15:39     15 Fevral 2019 putin94.jpg

Rusiya prezidenti Vladimir Putin məşq zamanı barmağını zədələyib.


Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bildirib.

Peskov zədənin ciddi olmadığını, prezidentin özünü çox yaxşı hiss etdiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşə hazırlaşır, görüşdən sonra isə hokkey oynamağı planlaşdırır.




Qeyd edək ki, hadisə Soçidə cüdo millisi üzvlərinin məşqi zamanı baş verib.

Bildirilir ki, tatamiyə çıxan Putin əksər idmançılarla məşq edib.

Lakin çempion Beslan Mudarovla sparrinq zamanı Rusiya prezidenti barmağını zədələyib.

Açar sözlər:

Oxunub: 426