Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib


16:19     15 Fevral 2019 imza4.jpg


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2006-cı il 16 fevral tarixli 1320 nömrəli, “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli və “Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Sərəncama əsasən, “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 16 fevral tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:

“Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Dövlət Komissiyasının üzvləri


Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru.”.

“Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 27 iyun tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri


Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.”.

Bundan başqa, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 2 aprel tarixli sərəncamının 1-ci hissəsi ilə təşkil edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri


Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.”.

Həmçinin “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 11 noyabr tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış işçi qrupun tərkibi aşağıdakı redaksiyada verilir:

“İşçi qrupunun rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini


İşçi qrupunun üzvləri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri.”.

“Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 14 noyabr tarixli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi isə aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri


Komissiyanın üzvləri

Azərbaycan Respublikası Baş nazirinin müavini
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.”.

Açar sözlər:

Oxunub: 155