İranda təyyarə qəzası baş verdi

İranda təyyarə qəzası baş verdi


18:18     15 Fevral 2019 2019/02/iran-tecili1_1550235783.jpg

İranın şimal-şərqindəki Rəzəvi Xorasan əyalətində mülki təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə İranlı Tələbələr İnformasiya Agentliyi "ISNA"ya danışan Kaşmer rayonu yanğınsöndürmə rəhbəri Əmir Nejadrahim açıqlama verib.

O, səhər saatlarında təlim uçuşu üçün havaya qalxan mülki bir təyyarənin Rəzəvi Xorasan əyalətinə bağlı Kaşmer rayonu yaxınlığındakı Bahariyə bölgəsində yerə düşdüyünü deyib.

Qəza nəticəsində təyyarədəki iki nəfərin həyatını itirdiyini bildirən Nejadrahim "Təyyarədəkilərdən biri pilot, digəri isə pilotluq məktəbi tələbəsiydi", - deyiib. Nejadrahim qəzanın səbəbinə dair araşdırmanın davam etdiyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 139