Zimbabvedə qızıl mədənində 23 fəhlə ölüb


18:26     15 Fevral 2019 2019/02/1550161646-(2)_1550236058.png

Zimbabvedə qızıl mədənində baş vermiş subasma nəticəsində 23 fəhlənin öldüyü bildirilir.



Paytaxt Xararenin 145 kilometrliyində yerləşən Kadoma qəsəbəsində su basmış mədəndə ölmüş fəhlələrin meyitlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb olunub.

Onlar su nasosları vasitəsilə suyu çəkməyə çalışırlar. Qızıl mədəninin sahibi “RioZim” şirkəti AFP agentliyinə bildirib ki, şiddətli yağışlar nəticəsində iki gündür suyun altında qalmış mədəndə insanların sağ qalma ehtimalı sıfıra bərabərdir.

Xəbərdə qızıl, platin və almazla zəngin olan Zimbabve mədənlərinin əksəriyyətinin qeyr-leqal fəaliyyət göstərən şirkətlər tərəfindən istismar edildiyi qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 389


Oxşar xəbərlər