Nazirlik maşınları su qiymətinə satışa çıxardı — QİYMƏTLƏR
18:51 15 Fevral 2019
Bir neçə dövlət qurumu balansında olan bəzi avtomobilləri hərraca çıxarıb. Avtomobillər arasında qəzalı vəziyyətdə olanı da var.
Femida.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 12 mart tarixində dövlət qurumlarının komitəyə təqdim etdiyi avtomobillərin satışı üçün hərrac keçirəcək. Auksiona ümumilikdə 7 avtomobil çıxarılıb.
Energetika Nazirliyi hərraca 2.250 manata QAZ 2705, Milli Məclis 2 ədəd 6.300 manata “Nissan Maksima”, Maliyyə Nazirliyi 1.440 manata “Çeri Eastar”, Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi 6.000 manata “Nissan Maksima”, Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi isə 10.000 manata “Toyota Kamri” avtomobili təqdim edib.
Qəzalı avtomobili isə hərraca Dövlət Sığorta Şirkətinin Sabirabad rayon filialı çıxarıb. “KİA Kadenza” markalı qəzalı avtomobil üçün sığorta şirkəti ilkin start qiyməti olaraq 6000 manat müəyyən edib.
Femida.az
Oxunub: 1263
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib