Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
17:33 15 Fevral 2019
Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb.
Unikal.org xəbər verir ki, Mirəddin Ağayevin səhhətində ciddi problem yarandığı üçün bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb.
Qeyd edək ki, M. Ağayev Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunmuşdu. O, D.Qəzənfərovun 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Oxunub: 1282
Oxşar xəbərlər
- Mirşahin Ağayev Şurnuxdan reportaj hazırladı - VİDEO
- Mirşahin Ağayev koronavirusa yoluxdu
- Mirşahin Milli Şuranın generalının evli xanımla intim münasibətini ifşa etdi - VİDEO
- Mirşahin Ağayevə medal verildi - FOTO
- Mirşahin Gəncə hadisələrində tutulanlar haqda faktları açıqladı - Video
- Mirşahinin televiziyası bu tarixdən yayıma başlayacaq
- Mirşahin Ağayevin qardaşının məhkəməsi başlayıb
- Mirşahin Ağayevin qardaşına hökm oxundu - Həbs müddəti...