“Mnatsakyanla ölkə liderlərinin görüşünü müzakirə edə bilərik” - Məmmədyarov


19:19     15 Fevral 2019 elmarrr.jpg

“Münhendə təhlükəsizlik məsələləri üzrə konfrans çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyanla görüşüb iki ölkə liderlərinin sammitini müzakirə edə bilərik”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Fikrimcə, bu məsələ Ermənistandan olan həmkarımla görüşdə müzakirə olunacaq. Eyni zamanda, əlbəttə, Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri zamanı müzakirə ediləcək”, - deyə E.Məmmədyarov ölkə liderlərinin sammiti ilə bağlı suala cavabında qeyd edib.

O, ermənistanlı həmkarı ilə Münhendə ayaqüstü olsa da, mütləq görüşəcəklərini bildirib: “Münhendə, yəqin ki, ayaqüstü mütləq görüşəcəyik. Biz görüşmək üçün istənilən imkandan istifadə edirik”. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 327


Oxşar xəbərlər