Ən böyük hərbi büdcəyə malik olan ölkələr açıqlandı
19:25 15 Fevral 2019
2018-ci ildə ABŞ-ın müdafiə xərcləri 643,3 milyard dollar təşkil edib.
Femida.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) hər il dərc etdiyi reytinqdə ikinci yeri 168,2 milyard dollarlıq müdafiə xərcləri ilə Çin, üçüncü yeri isə 82,9 milyard dollarla Səudiyyə Ərəbistanı tutur.
Sonrakı yerlərdə Rusiya (63,1 milyard dollar), Hindistan (57,9 milyard diollar), Böyük Britaniya (56,1 milyard dollar), Fransa (53,4 milyard dollar), Yaponiya (47,3 milyard dollar), Almaniya (45,7 milyard dollar), Cənubi Koreya (39,2 milyard dollar) gəlir. NATO üzvü olan Avropa ölkələrinin isə ötən il məcmu hərbi büdcəsinin 264 milyard dollar təşkil etdiyi bildirilir.
Hesabatı Münhen Təhlükəsizlik Konfransına təqdim edən İİSS eksperti Fransua Haysburq sənəddəki rəqəmləri Avropada müdafiə xərclərini artırmaqdan boyun qaçırmaq üçün bəhanə gətirməməyə çağırıb: “Rusiya müdafiəsinə xərclədiyi pullardan daha çox hərbi səmərə əldə etməyi bacarır”.
Femida.az
Oxunub: 387
Oxşar xəbərlər
- Ən çox maliyyə nöqsanına yol verən dövlət qurumlarının siyahısı AÇIQLANDI
- Ən yüksək iqtisadi artım bu sahələrdə olacaq – RƏSMİ
- Ən çox hansı telekanallara baxılıb?
- Ən aktiv və passiv seçki dairələri bunlardır
- Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
- Əncir yığmaq üçün bağa icazəsiz girdi, yıxılıb xəsarət aldı
- Ən güclü külək Bakıda və Sumqayıtda əsib - FAKTİKİ HAVA
- Ən qədim insanların 500 min il əvvəl Naxçıvanda yaşadıqları təsdiqləndi
- Ən təhlükəsiz şəhərlər
- Ən yüksək balı o topladı