Tramp Türkiyəyə onu səfir göndərmək istəyir


09:03     16 Fevral 2019 2019/02/09-02-21-resized_fe661-20f2c4eddavidsatterfield1502223758_1550293424.jpg

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp ölkəsinin Türkiyə səfiri postuna namizədini açıqlayıb.

Femida.az xəbər verir ki, o, bu posta dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfildi gətirmək istədiyini elan edib.

2017-ci ildən həmin vəzifəni icra edən 64 yaşlı diplomatın namizədliyi ilə bağlı Senatda səsvermə keçiriləcək.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki sonuncu səfiri Con Bass olub. O, ABŞ və Türkiyə arasındakı viza böhranı zamanı geir çağırılıb.

Açar sözlər:

Oxunub: 352