Azərbaycanda övladı olmayan ər və arvad özlərini asdılar


09:23     16 Fevral 2019 2019/02/09-17-13-1550293255_004-191016_1550294677.jpg

Hacıqabulda ər və arvad intihar ediblər.

Oxu.Az tanınmış jurnalist Emil B. Məmmədova istinadən xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.

Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 611