Anadan körpəsinə qarşı iyrənc hərəkət: Bədəninə şprislə sabun yeridib


10:27     16 Fevral 2019 19_02_16_1550298557.jpg


Türkiyədə yaşayan 29 yaşlı qadın ağılasığmaz hərəkəti ilə ölkə gündəmini zəbt edib.

CNN Türk-ün xəbərinə görə, İstanbulun Avcılar səmtində yaşayan 29 yaşlı Elif K. polis idarəsinə gedərək qızını öldürmək istədiyini söyləyib.

İstanbulda yaşayan Elif.K yaşyarımlıq qızı Eylül Mirayın bədəninə iynə ilə yuyucu toz və maye sabun yeridib. Həkimlərin şübhəsi ilə son 6 ay ərzində 2 dəfə saxlanılan qadın ötən gün polis bölməsinə gedərək səhvini boynuna alıb. 29 yaşlı qadın ifadəsində: "Qızıma isinə bilmədim, ölməyini istədim", - söyləyib.

Qadın bildirib ki, Eylülün doğumundan sonra tənəffüs yollarında yaranan problemə görə bir ay xəstəxanada müalicə alıb. O, xəstəxanadan çıxdıqdan sonra yeni doğulan körpəsindən intiqam almaq qərarına gəlib.

"Qızımı çox istəyə bilmədim. Ona işgəncə vermək istədim. Doğulduqdan bir ay sonra içərisi maye sabunla dolu şprisi onun ağzına, burnuna, qulağının içinə, göbəyinə vururdum. Bəzi yerlərini ülgüclə kəsmişdim. Bütün bunları evdəkilər yuxuda olanda edirdim".

Qeyd edək ki, o, 12 il əvvəl ailə qurub. Onun Eylüldən başqa da bir uşağı var. Hazırda Eylül xəstəxanada müalicə olunur. (milli.az)



Femida.az

Açar sözlər:

Oxunub: 436


Oxşar xəbərlər