Sumqayıtda 51 yaşlı kişi intihar edib


10:51     16 Fevral 2019 intihar5.jpg


Sumqayıtda 51 yaşlı kişi evində özünü asaraq öldürüb.


Hadisə Corat qəsəbəsində baş verib.

Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov Tofiq Əlisa oğlu yaşadığı mənzildə özünü kəndirlə asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələ ki məlum deyil.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 384