Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı - Son 1 gündə
11:09 16 Fevral 2019
Fevralın 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 27 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 531
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib