Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
11:24 16 Fevral 2019
Hacıqabul rayonunda ərlə arvad özünü öldürüb.
Femida.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 15-də rayonun Kolanı kəndində baş verib.
Kənd sakini, 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova da atasının evindən ərinin intihar etdiyi evə gəlib və orada özünü asaraq intihar edib.
Fatkla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri vurğulanıb. Bu səbəbdən ər-arvad yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəlib. Daha sonra isə bu faciə baş verib.
Femida.az
Oxunub: 627
Oxşar xəbərlər
- Ər-arvadı döydülər - Evdən 5 000 manat apardılar
- Ər-arvadın dəm qazından boğulması faktı ilə bağlı cinayət işi başlanıb
- Ər-arvad dəm qazından boğulub
- Ər-arvadı öldürən şəxsə hökm oxunub
- Ər-arvadı döyüb pullarını apardılar
- Ər-arvadı öldürən kişi belə həbs olundu - ŞOK VİDEO
- Ər-arvad qızınmaq istədi, xəstəxanaya düşdülər