Gömrükdə əməliyyat:Ölkəyə qanunsuz qızıl gətirən 2 qadın aeroportda tutuldu
11:37 16 Fevral 2019
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşının qeyri-qanuni yolla ölkə ərazisinə qızıl məmulatları gətirməsi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən həmin vətəndaşlar üzərlərində gömrük nəzarətinə bəyan olunası və gizlədilən heç bir əşyanın olmadığını bildiriblər.
Şəxsi yoxlama keçirilməzdən əvvəl xanım sərnişinlərə gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan qızıl-zinət əşyalarının təqdim olunması təklif edilib. Bundan sonra xanım sərnişinlərdən biri üzərində olan 2 ədəd qızıl qolbağını, 1 ədəd qızıl üzük-sırğa dəstini, digər xanım sərnişin isə qulaqlarındakı 1 cüt qızıl sırğanı, barmağındakı 1 ədəd qızıl üzüyü, sağ qolundakı 2 ədəd qızıl qolbağını, sol qolundakı 1 ədəd qızıl qolbağını, boynundakı 1 ədəd qızıl kulonlu boyunbağını çıxarıb təqdim ediblər və hamısını Türkiyədən təzə aldıqlarını bildiriblər.
Sonra onların hər ikisinin üzərində şəxsi yoxlama aparılıb. Nəticədə bir sərnişinin ayağındakı corabların içərisində gömrük nəzarətindən gizlətdiyi 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük-sırğa dəsti, başındakı saç sancağının içində 3 cüt qızıl sırğa, 3 ədəd qızıl üzük, 2 ədəd qızıl üzük-sırğa-kulon dəsti, 1 ədəd qızıl üzük-sırğa dəsti, 1 ədəd qızıl sırğa-boyunbağı dəsti, digər sərnişinin əl çantasında isə 1 ədəd qızıl sırğa-üzük dəsti və 1 ədəd qızıl kulon aşkarlanıb.
Aşkar olunan zərgərlik məmulatlarının ümumi çəkisinin 272 qram olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 622
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"