Azərbaycanda bu universitetdə kitabxana 24 saat işləyir - Pulsuz yemək və sürətli internet verilir


11:44     16 Fevral 2019 2019/02/ki_4650909207.jpeg


“Bizim universitetdə 24 saat işləyən, ödənişsiz qidalanma ilə təmin edən müasir kitabxana var”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı “Texnopolis” verilişində qonaq olarkən deyib. Rektor bildirib ki, Azərbaycanda ilk olan bu təcrübə elmlə məşğul olmaq istəyən şəxslər üçün əla fürsətdir:

“Evdə şəraiti olmayan insanlar üçün biz bu şəraiti yaratmışıq. Pulsuz qidalanmasını da təmin edirik, oturub rahat oxusun. Orada təkcə bakalavr və məagisrtlar deyil, o cümlədən müəllimlər də elmlə məşğul ola bilər. Kiminsə evində şərait olmaya bilər. Doktorant bir otaqlı evdə yaşayırsa, evdəki səs-küylə konsentrasiya ola bilmirsə, burada rahat çalışa bilər. Biz ilk dəfə Azərbaycanda fasiləsiz işləyən kitabxana modelini yaratdıq. Qeyd edim ki, kitabxanaya gecə 300 müeqabit sürətlə internet verilir”.











Amin Nəzərli

Femida.az

Açar sözlər: #ADNSU   #neft   #AZİ   #Mustafa_Babanlı   #rektor   #kitabxana   #təhsil  

Oxunub: 1410