Bakıda gərgin anlar: Polis bıçaqlı şəxsi yaxaladı


12:01     16 Fevral 2019 polis00.jpg

Fevralın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonunun Ə.Hacıyev küçəsində “Hyundai” markalı avtomobilin qapısını bıçaqla açmağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
DİN Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, 25-ci Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Lənkəran rayon sakini C.Hacızadə olduğu müəyyən edilib. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 343