Bakıda mağazanı yaran 4 yeniyetmə saxlanılıb


15:10     16 Fevral 2019 19_02_16_1550305032.jpg

Fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 326