Yeni işıqforlar Bakının bu ərazilərində quraşdırılacaq
12:19 16 Fevral 2019
Görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş, xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar Bakının əksər küçə və prospektlərində, əsasən, həmin insanların üz tutduğu sosial obyektlərin yerləşdiyi küçələrdə olacaq.
Bu barədə Femida.az
-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
"Hazırda Bakıda görmə imkanları məhdud olan insanların çoxu Nərimanov rayonu ərazisində - Ağa Nematulla küçəsində və o küçəyə paralel digər küçələrdə yaşayırlar. Eyni zamanda metronun "Gənclik" stansiyasına yaxın ərazilərdə, Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsində görmə imkanları məhdud olanlar üçün təhsil müəssəsi yerləşir. İşıqforlar quraşdırılarkən bu cür yerlərə daha çox üstünlük veriləcək", - deyə o qeyd edib.
Bundan başqa, BNA rəsmisi qeyd edib ki, işıqforların quraşdırılmasına bu ildən başlanılacaq və növbəti illərdə də bu işlər davam etdiriləcək.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- BNA: "92 avtobusun hərəkət intervalında gecikmələr var"
- BNA: "35 müntəzəm marşrut xətti üzrə gecikmələr var"
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- Yol qəzası bu yollarda tıxaca səbəb oldu
- Bakının bəzi yollarında sürət həddi endirilib
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- "Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək" - BNA
- "Təzə gətirilən avtobuslar xəttə buraxılmayıb” - BNA