Avropa çempionumuz Dünya Kubokunun finalında


15:55     16 Fevral 2019 19_02_16_1550306738.jpg

Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda bu gün start verilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna uğurlu start verib.

Femida.az xəbər verir ki, çıxışı ona təsnifat mərhələsində 74,9 xal qazandırıb. Ötən ilin Avropa çempionu olan Malkin bu göstərici ilə ikinci yeri tutub.

Bununla da Azərbaycan gimnastika məktəbinin yetirməsi olan Malkin final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi sabah saat 12:00-dan etibarən başlayacaq.

Açar sözlər:

Oxunub: 399