Ən təhlükəsiz avtomobillər hansıdır? - Açıqlandı


13:00     16 Fevral 2019 19_02_16_1550307716.jpg


“Euro NCAP” mütəxəssisləri 2019-cu ilin ən təhlükəsiz avtomobillərinin reytinq siyahısını tərtib edib.

Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəza testlərinin nəticələrinin dərc olunduğu “CarBuyer” portalının məlumatına əsasən, sərnişinlərin təhlükəsizliyini 96 faiz təmin edən “Mercedes-Benz A-Class” kiçik ailə avtomobili kateqoriyasında ilk yerdə qərarlaşıb. Avtomobil əyləc assistenti, zolaqda saxlama assistenti və sürücünün yorğunluğuna nəzarət edən sistemlə təchiz olunub. Siyahıda ikinci və üçüncü yerləri “Ford Focus” və “Nissan Leaf” avtomobilləri tutub.

Böyük ailə avtomobili kateqoriyasında sınaqdan keçirilən maşınlar arasında sərnişin və uşaqların təhlükəsizliyi baxımından ən yaxşı nəticə göstərən “Audi A6” ilk pillədə yer alıb. Avtomobil sürücüyə ən yeni yardım texnologiyaları ilə təchiz edilib. Reytinqdə növbəti yerlədə “Mazda 6” və “Volvo V60” avtomobilləri qərarlaşıb.

Krossoverlər arasında ən etibarlı avtomobil isə uşaqlar və böyüklərin təhlükəsizliyini müvafiq olaraq 86 və 89 faiz təmin edən “BMW X5” seçilib. Bu kateqoriyada ikinci və üçüncü yerlərin sahibi “Volkswagen Touareg” və “Jaguar I-Pace” avtomobilləri olub.

Femida.az

Açar sözlər:

Oxunub: 443