"İrana qarşı müharibə intihara bərabərdir" - Cavad Zərif
13:19 16 Fevral 2019
İrana qarşı müharibə etmək intihara bərabərdir. Tarixdə heç kim İrana qalib gələ bilməyib.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın NBC televiziyasına müsahibəsində deyib.
Nazir ABŞ-ın danışıqlar təklifini bir daha rədd edərək diqqətə çatdırıb ki, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında “nüvə razılaşması”nın imzalanması 13 il davam edən gərgin danışıqların nəticəsi idi. Lakin ABŞ öz imzasına hörmətlə yanaşmadı və birtərəfli qaydada razılaşmadan çıxdı. Artıq rəsmi Tehran ABŞ-a etibar etmir və onunla heç bir danışıq aparmaq niyyətində deyil.
M.C.Zərif qeyd edib ki, Ağ evdəki bəzi şəxslər İrana hərbi müdaxilə olunmasını istəyirlər. Lakin hərbi müdaxilə ABŞ-ın məğlubiyyəti ilə başa çatacaq. Nazir ABŞ tərəfindən İraqın vaxtı ilə qızışdırılaraq İrana hərbi müdaxiləsini xatırladıb və bildirib ki, onlar məqsədlərinə nail ola bilmədilər. Bu gün də İrana qalib gəlmək mümkün deyil.
Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransında iştirak edən M.C.Zərif Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Federika Mogerini ilə də görüşüb. Görüşdə ABŞ-ın sanksiyalarına baxmayaraq, Avropa dövlətləri ilə İran arasındakı əlaqələrin inkişafı müzakirə edilib.
Femida.az
Oxunub: 323
Oxşar xəbərlər
- İrana getmək üçün hansı sənədlər tələb olunur?
- İrana getmək istəyənlərin nəzərinə
- İrana yeni təyin olunan səfir Prezidentə təşəkkür etdi
- İrana səfər etməyin şərtləri açıqlandı
- İrana məxsus gəmi vuruldu - SON DƏQİQƏ
- İrana gedən azərbaycanlıların sayı 61,8 faiz artıb
- İrana gedən azərbaycanlıların sayı 71,4 faiz artıb
- İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü
- İrana gedən azərbaycanlıların sayı artıb
- İrana gedən azərbaycanlıların nəzərinə! - Agentlikdən quş qripi xəbərdarlığı