“Nikoil Bank” əməkdaşlarının həbsi haqqında


13:50     16 Fevral 2019 19_02_16_1550310670.jpg

Nikoil Bank” Sumqayıt filialının rəhbər şəxslərinin həbsi ilə bağlı yayılan məlumata reaksiya verib.


Femida.az -a verilən məlumata görə, 2016-cı ildə daxili istintaq zamanı “Nikoil Bank” tərəfindən Sumqayıt filialının bəzi sabiq işçilərinin fəaliyyətində qanun pozuntuları aşkar olunub. “Nikoil Bank” sabiq işçilərinə qarşı cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xahiş ilə müraciət edib.

Baş Prokurorluq tərəfindən bu işin gedişatı bir neçə gün əvvəl ictimaiyyətə açıqlanıb və rəsmi bəyanatda istintaqın nəticələri yayımlanıb. “Nikoil Bank” bu istintaqın uğurla başa çatması ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Məlumatda qeyd olunur ki, 2016-cı ildən etibarən “Nikoil Bank”ın yeni rəhbərliyi daxili proseslərdə islahatların həyata keçirilməsi ilə müasir idarəetmə proseslərini tətbiq edib. Bank xidmətlərinin göstərilməsində rəqəmsal transformasiyanı həyata keçirən Nikoil Bank artıq yeni inkişaf mərhələsinə keçid alıb.

Açar sözlər:

Oxunub: 444


Oxşar xəbərlər