Sumqayıtda yanğın olub: 30 nəfər təxliyə edilib


17:42     16 Fevral 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Sumqayıt şəhərində yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə və bitişik digər binanın dam örtüyü 1 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 329