Paytaxtda iki avtomobil qaçırılıb


18:20     16 Fevral 2019 19_02_16_1550322434.jpg

Bakı şəhərində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, fevralın 14-də Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə həmin gün saat 17 radələrində Ə.Quliyev küçəsindəki avtomobillərin yuyulması məntəqələrinin birindən Abşeron rayon sakini Z.Gülməmmədovun “Hyundai” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şükürov Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində xidmət aparan Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən müəyyən edilərək avtomobillə birgə saxlanılmış və 22-ci Polis Şöbəsinə təhvil verilib.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 13-nə keçən gecə Yeni Günəşli qəsəbəsi ərazisindən qəsəbə sakini T.Məmmədovun “VAZ-21099” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini O.Asəfov avtomobillə birgə saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 370