Albaniyada etirazçılar baş nazirin iqamətgahına hücum edib


18:55     16 Fevral 2019 19_02_16_1550327160.jpg

Albaniyada müxalifət partiyasının tərəfdarları baş nazir Edi Ramanın iqamətgahına hücum ediblər.
"Reuters" agentliyinin yaydığı məlumata əsasən, baş nazirin istefasını tələb edən etirazçılar polis mühafizəsini yararaq binanın qapılarını qırmağa çalışıblar.

Əraziyə cəlb olunan polis əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Hazırda etirazların davam etdiyi bildirilir.

Açar sözlər:

Oxunub: 491


Oxşar xəbərlər