Xaçmazda axtarışda olan şəxslər saxlanılıb


19:30     16 Fevral 2019 hebs.jpg

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları cinayət törətdiklərinə görə axtarışda olan iki nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Rəhimoba kənd sakini, Cinayət Məcəlləsinin (CM) 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə axtarışda olan Təvəkkül Zeynalov və Sumqayıt şəhər sakini, CM-nin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə axtarışda olan Vüqar Kərimov şəhər ərazisində saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 430