XİN rəhbəri ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor ilə görüşüb


22:28     16 Fevral 2019 19_02_16_1550341792.jpg

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb.

Femida.az xəbər verir ki, tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 391