Putin Makronla Suriyadakı vəziyyəti müzakirə edib


09:53     17 Fevral 2019 19_02_17_1550382876.jpg

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata əsasən, telefon danışığında əsas diqqət Suriyadakı vəziyyətə yönəldilib.

Putin 14 fevral tarixində Soçidə Astana prosesinin qarant dövlət rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar barədə məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 365