Qobustanda zəncirvari qəza, xəsarət alan var
11:20 17 Fevral 2019
Qobustanda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, zəncirvari yol qəzası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayon Nərmankənd ərazisində baş verib.
İlkin məlumatlara görə, yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan Ford markalı avtomaşın yolda olan beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən götürməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-ü də əzilib. Qəza zamanı Şəki rayon sakini 28 yaşlı Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 527
Oxşar xəbərlər
- Qobustanda top mərmisi aşkar edilib
- Qobustanda insan sümükləri aşkarlanıb
- Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb
- Qobustanda “patı” satan qadın saxlanılıb
- Qobustanda zəlzələ olub
- Qobustanda dostunu öldürən şəxsə hökm oxunub
- Qobustanda koronaviruslu xəstələr üçün modul xəstəxana açıldı
- Qobustanda yük maşını yanıb
- Qobustanda bir ailənin 5 üzvü zəhərləndi, nənə öldü
- Qobustanda iki qadın dəm qazından zəhərlənib